AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Hüseyn Cavidin Ev Muzeyində Xalq artisti Ramiz Məliklə görüş keçirilib
Sen 23, 2019 | 01:09 / Görüşlər
Oxunub 48 dəfə

AMEA Hüseyn Cavidin Ev Muzeyində “İblis” əsərinin ilk dəfə tamaşaya qoyulmasının 100 illiyi münasibətilə Xalq artisti Ramiz Məliklə görüş keçirilib.

Tədbirdə muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı çıxış edərək “İblis” əsərinin yazılma və səhnə tarixi barədə məlumat verib. Qeyd edib ki, dram əsəri çap edilməmişdən öncə 21 dekabr 1920-ci ildə səhnəyə qoyulub: “Baş rejissoru Abbas Mirzə Şərifzadə olub, əsas rolları isə A.Şərifzadə və Mirseyfəddin Kirmanşahlı oynayıb”.

Əsərin sonuncu dəfə 1983-cü ildə Hüseyn Cavidin 100 illik yubileyi münasibətilə səhnələşdirildiyini deyən G.Babaxanlı bildirib ki, tamaşanın quruluşçu rejissoru Mehdi Məmmədov, bəstəkarı Aydın Əzimov, aktyorları isə Hamlet Xanızadə və Ramiz Məlik olublar.

Daha sonra Xalq artisti Ramiz Məlik, filologiya üzrə elmlər doktorları - Paşa KərimovYusif GünaydınƏzizağa Nəcəfov və digərləri çıxış edərək əsərin Azərbaycan ədəbiyyatındakı rolundan və H.Cavidin zəngin yaradıcılıq məziyyətlərindən danışıblar.

Görüşdə, həmçinin Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən və Xalq artisti Ramiz Məlikin teatr səhnəsində yaratdığı rollardan ibarət videoçarx nümayiş olunub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015