AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Video
Akademik Teymur Kərimli “Azərbaycan muğamı milli və bəşəri identiklik vasitəsi kimi”
Sen 25, 2019 | 01:39 / Konfranslar, iclaslar
Oxunub 351 dəfə

25 sentyabr 2019-cu il tarixində AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli  "Mədəniyyət" televiziya kanalının "Səhərçağı" musiqili-informasiya proqramının qonağı olmuşdur.

Verilişdə akademik Teymur Kərimli Azərbaycan muğamının musiqi brendi kimi, xüsusən milli dövlətçiliyimizin möhkəmləndiyi hazırkı epoxada müstəsna rolundan, milli identikliyin mühüm amillərindən biri kimi tanınmasından bəhs edərək, dünya musiqisinin bu fenomenal hadisəsinin təkcə milli-regional deyil, həm də bəşəri-qlobal mahiyyət daşıdığını qeyd etmişdir. Akademik vurğulamışdır ki, qloballaşmanın çağırışlarının get-gedə gücləndiyi indiki dövrdə bizim milli mentalitetimizin qorunması yolunda ən tutarlı vasitələrdən birinin məhz muğam, onun mətni və melodiyası olduğu heç bir şübhə doğurmur.

ətraflı: 

https://www.youtube.com/

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015