Sen 26, 2019 | 12:32 / Konfranslar, iclaslar
Sentyabrın 25-də AMEA Rəyasət Heyətinin iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medallarını AMEA-nın vitse-prezidentləri, akademiklər – İbrahim Quliyev, Tofiq Nağıyev, Rasim Əliquliyev, Dilqəm Tağıyev və İradə Hüseynovaya, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidiyə, AMEA-nın Fəxri fərmanlarını İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovaya, akademik Nizami Cəfərova və AMEA-nın müxbir üzvü Əli Nuriyevə təqdim edib. Bundan əlavə, AMEA-nın Xatirə nişanı və AMEA-nın professoru diplomları da təqdim olunub. Həmçinin AMEA Humanitar Elmlər Bölməsi üzrə filologiya üzrə elmlər doktorları Sevinc Əliyevaya, Səhər Orucovaya və Salidə Şərifovaya AMEA-nın professoru diplomları da təqdim olunub.