AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları çapdan çıxıb
Sen 12, 2019 | 10:23 / Konfranslar, iclaslar
Oxunub 88 dəfə

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “İmadəddin Nəsimi: sələflər və xələflər – orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda keçirilmiş XVII ənənəvi respublika elmi konfransının materialları toplu halında çapdan çıxıb.

Topludakı məqalələr “Nəsimişünaslıq müasir mərhələdə” və “Sələflər və xələflər” bölmələri üzrə təsnif edilib.

Konfransın materialları AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin redaktəsi ilə nəşr olunub.

Toplunu nəşrə hazırlayan tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur. 

Jurnalı əldə etmək istəyənlər Əlyazmalar İnstitutunun ümumi işlər üzrə direktor müavini Qurban Hümbətova müraciət edə bilərlər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015