AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Akademik Kamal Abdullayev Macarıstanın “Zabit Xaçı” ali ordeni ilə təltif olunub
Sen 16, 2019 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 113 dəfə

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullayev Macarıstan və Azərbaycanın elmi-mədəni əlaqələrinin dərinləşməsindəki roluna görə “Zabit Xaçı” ali xidmət ordeni ilə təltif olunub.

Ordenin təqdimat mərasimində çıxış edən akademik K.Abdullayev macar dili, ədəbiyyatı və macarşünaslığın ADU-nun ən prioritet sahələrindən biri olduğunu söyləyib, Macarıstan səfirliyi ilə perspektivli layihələr həyata keçirdiklərini vurğulayıb.

Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi isə Kamal Abdullayevi görkəmli alim və ölkəsinin dostu adlandırıb.

Daha sonra səfir Macarıstanın “Zabit Xaçı“ ali xidmət ordenini alimə təqdim edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015