AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyası işıq üzü görüb
Sen 09, 2019 | 02:13 / Yeni nəşrlər
Oxunub 60 dəfə

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyası çap olunub.

“Elm” nəşriyyatında işıq üzü görən kitab Azərbaycan ədəbiyyatı tarixinin elmi-nəzəri cəhətdən dövrləşdirilməsinə həsr edilən ilk monoqrafik tədqiqatdır.

Vəsaitin elmi redaktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, məsul redaktoru isə filologiya elmləri doktoru Əlizadə Əsgərlidir.

Ədəbiyyatşünaslıq elmində ilk dəfə akademik İsa Həbibbəyli tərəfindən hazırlanmış sistemli dövrləşdirmə konsepsiyası əsasında çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixinin inkişaf mərhələləri müəyyən edilib. Kitabda Azərbaycan ədəbiyyatı tarixinin təzkirəçilikdən elmi icmallara, həmçinin ədəbiyyat tarixlərinə qədərki inkişaf yolu izlənilərək təhlil olunub. Bundan əlavə, dövrləşdirmə zamanı Azərbaycan xalqının milli maraqları və dövlətçilik meyarları nəzərə alınıb. Vəsaitdə Azərbaycan ədəbiyyatı tarixinin on inkişaf mərhələsi göstərilib və hər bir ədəbi mərhələ elmi-nəzəri cəhətdən geniş şəkildə əsaslandırılıb.

Kitab tədqiqatçılar, ədəbiyyatşünaslar, ali məktəb müəllimləri və tələbələri, magistrantlar, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015