
Hüseyn Cavid yaradıcılığı Oman Sultanlığında tədqiq olunur
Sen 06, 2019 | 04:38 / Görüşlər
Sen 06, 2019 | 04:38 / Görüşlər
Oxunub 401 dəfə
Oman Sultanlğının Sultan Qabus Universitetinin Ədəbiyyat və humanitar fənlər fakültəsi Ərəb dili və ədəbiyyatı kafedrasının müdiri Ehsan Sadiq Məhəmməd Əlləvati və onun azərbaycanlı doktorantı Rəşad Həsənov AMEA Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiyasını ziyarət ediblər. Sultan Qabus Universitetinin doktorantı Rəşad Həsənovun doktorluq dissetrasiyası “Hüseyn Cavid və Xəlil Cübran yaradıcılığında qadın obrazlarının müqayisəsi” mövzusundadır.
AMEA Hüseyn Cavidin Ev Muzeyinin arxivində olan materiallarla maraqlandıqlarını bildirən qonaqlara muzeyin direktoru fil.ü.e.d., əməkdar incəsənət xadimi Gülbəniz Babaxanlı Hüseyn Cavid haqqında ərəb dilli doktorluq işinin araşdırılmasına istənilən köməkliyi göstərməyə hazır olduğunu bildirib