AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Elm” qəzetinin yeni nömrəsində maraqlı məqalələr yer alıb
Sen 06, 2019 | 03:47 / Konfranslar, iclaslar
Oxunub 55 dəfə

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan  “Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb.

Yeni nömrədə "Ailə, dəyərlər, xoşbəxtlik və iki alim haqqında", "Mədəniyyət elm və sənətdən ibarətdir", "Torpağın harayı", "Süni intellektin labüd hegemonluğu" və digər məqalələr yer alıb.

Bundan əlavə, oxucular AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin hərbi, müdafiə və mülki xarakterli elmi-tədqiqat işləri çərçivəsində hazırlanmış növbəti layihəsinin təqdimatı, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin "Xalq qəzeti"nin 100 illiyi münasibətilə redaksiya heyətinə ünvanladığı təbrik məktubu, Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya konfransı, Gəncədə Arxeoloji Park yaradılması, Özbəkistanda keçirilən mədəni irs həftəsi, eləcə də qranti müsabiqələri, elanlar və MEA-nın institutlarının yeni nəşrləri ilə tanış ola bilərlər. 

Qəzetdə, həmçinin rus dilində materiallar işıqlandırılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015