AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
İyl 29, 2019 | 02:05 / Yeni nəşrlər
Oxunub 14 dəfə

AMEA-nın Azad Həmkarlar İttifaqı və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Qoşa qanad” ədəbi almanaxının üçüncü kitabı nəşr edilib.

Nəşrin ideya və “Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, redaktoru isə hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanovdur. Ədəbi almanaxın tərtibçi-redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, nəşriyyat redaktoru isə Mətanət Novruzovadır.

Vəsait İ.Həbibbəylinin “Akademik ədəbiyyat məktəbi” adlı yazısı ilə açılır. Kitabda AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarında çalışan əməkdaşların bədii əsərləri, xüsusən də şeir və hekayələri toplanıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015