AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 30-cu sayı nəşr olunub
Avg 02, 2019 | 10:00 / Yeni nəşrlər
Oxunub 74 dəfə

“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və AMEA Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 30-cu sayı işıq üzü görüb.

Nəşrin baş redaktoru AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri, tarix elmləri doktoru, professor Vidadi Muradovdur.      

Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin gündəliyi, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr yer alıb.

Jurnalın bu sayında prof. Vidadi Muradovun “Azərbaycan Qaraqoyunluları: yurdlar və xalçalar”, sənət.ü.f.d. Elşad Əliyevin “Dünyanın müxtəlif yerlərində antik və müasir geyimlər” nəşrində Səfəvi geyimlərinin təsviri”, fil.ü.f.d Məleykə Məmmədovanın “Azərbaycan və Anadolu folklorunda Ramazan və Qurban bayramı”, t.ü.f.d. Bəhlul İbrahimlinin “Oğuz xalçaları- naxışlarla yazılmış tarix”, AMEA-nın müxbir üzvü Ərtəgin Salamzadənin “Cənub bölgəsinin əlvan rəngləri” və s. kimi materiallarla tanış olmaq olar.     

science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015