AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Ədəbiyyat İnstitutu ilə Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anlaşma memorandumu imzalanıb
İyl 29, 2019 | 11:39 / Konfranslar, iclaslar
Oxunub 15 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Avrasiya Türk Araşdırmaları İnstitutu arasında “Akademik və tədqiqat əməkdaşlığı sahəsində” anlaşma memorandumu imzalanıb.

İmzalanma mərasimindən öncə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bu cür əməkdaşlıq müqavilələrinin qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcəyini söyləyib.

Sonra Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, YUNESKO-nun Orta Asiya ölkələri üzrə təmsilçisi Eunkyung Oh əməkdaşlıqdan məmnunluğunu bildirib, Azərbaycan ədəbiyyatının Koreya dilinə kütləvi şəkildə çevrilməsinin önəminə toxunub.

Sonda İ.Həbibbəyli və E.Oh tərəfindən anlaşma memorandumu imzalanıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015