AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
İbrahim Tahirin Ömər Xəyyamın rübailərindən etdiyi tərcümələr kitab halında çap olunub
İyl 26, 2019 | 02:44 / Yeni nəşrlər
Oxunub 66 dəfə

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən XIX əsrin sonları - XX əsrin I yarısında yaşamış şair, Qarabağ ədəbi mühitinin yetirməsi İbrahim Tahir Musayevin (1869-1943) böyük fars şairi Ömər Xəyyam rübailərindən dilimizə etdiyi tərcümələri kitab halında çap edilib.

Kitabın tərtibçisi şairin nəticəsi Akif Quliyev, nəşrə hazırlayanlar - filologiya üzrə elmlər doktoru Paşa Kərimov və filologiya üzrə fəlsəfə doktoru Sevər Cabbarlıdır. Filologiya üzrə elmlər doktorları - Paşa Kərimov və Raqub Kərimov nəşrin “Ön söz”ünün müəllifləri və elmi redaktorlarıdır.

Vəsait İbrahim Tahirin 150 illik yubileyinə həsr edilib.

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015