AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Risalə” araşdırmalar jurnalının cari ildə ilk nömrəsi işıq üzü görüb
İyl 25, 2019 | 11:29 / Yeni nəşrlər
Oxunub 11 dəfə

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Risalə”araşdırmalar jurnalının 2019-cu ildə ilk nömrəsi çapdan çıxıb.

Nəşrin bu sayında muzeyin direktoru, jurnalın baş redaktoru, akademik Rafael Hüseynovun rəhbəri olduğu gənc alimlərin məqalələri yer alıb. R.Hüseynovun elmi məktəbinin təmsilçiləri olan bu araşdırıcılar məqalələrində Azərbaycan klassik və müasir ədəbiyyatının bir sıra aktual və az öyrənilmiş problemlərinə yeni görüş bucağından yanaşıblar.

Qeyd edək ki, “Risalə” jurnalı 2004-cü ildən etibarən ildə iki dəfə nəşr olunur və məzmunu etibarilə filologiya (Azərbaycan və dünya ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid, mətnşünaslıq) və sənətşünaslıq (muzeyşünaslıq) sahələri üzrə məqalələri əhatə edir. Vəsait filologiya və sənətşünaslıq elm sahələri üzrə Ali Attestasiya Komissiyasının tövsiyyə etdiyi dövri elmi nəşrlər siyahısındadır. 2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Mətbu nəşrlərin reyestri"nə daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015