AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
İyl 24, 2019 | 03:29 / Yeni nəşrlər
Oxunub 87 dəfə

Orta əsrlərdə yaşamış türk-İslam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, Azərbaycanın təsəvvüf və təfsir alimləri arasında xüsusi yeri olan Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsinin elektron variantı AMEA-nın Naxçıvan Bölməsinə təqdim edilib.

Türkiyənin İstanbul Universitetinin kitabxanasında saxlanılan nüsxələri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoyluəldə edib.

Ehtimal olunur ki, 1500-cü ildə yazılan nüsxə avtoqrafdır. Digər nüsxənin isə üzü 1509-cu ildə, yəni müəllifin sağlığında Qaramanda katib Mənsur ibn-Qənbər Həmədani tərəfindən köçürülüb.

Bölmənin Əlyazmalar Fondunun balansına daxil edilən və böyük filosof Şeyx Mahmud Şəbüstərinin məşhur “Gülşəni-raz” əsərinə yazılan təfsirin üzərində fond əməkdaşları gələcəkdə araşdırmalar aparmağı nəzərdə tutublar.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015