AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Komparativistikanın işığında” monoqrafiyası rus dilində işıq üzü görüb
İyl 24, 2019 | 02:57 / Yeni nəşrlər
Oxunub 15 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Aida Feyzullayevanın “Komparativistikanın işığında” monoqrafiyası rus dilində nəşr edilib.

Monoqrafiyanın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, rəyçiləri isə filologiya elmləri doktoru Sara Osmanlı və filologiya üzrə fəlsəfə doktoru Cavidə Məmmədovadır.

Kitabda Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru M.Qocayevin elmi fəaliyyəti, həmçinin müəllifin klassik rus ədəbiyyatı və xüsusilə də F.M.Dostoyevskinin rus və dünya ədəbiyyatı kontekstində yaradıcılığı ilə bağlı tədqiqatları əks olunub. Həmçinin ədəbiyyat tənqidçisi D.Merejkovun və yazıçı V.Veresayevin “Canlı həyat” əsərləri də tədqiqata cəlb edilib. Eyni zamanda Şərq dekadentliyinin şair-simvolist K.Balmontun və V.Xlebnikovun həyat və yaradıcılığına təsirləri də tədqiq olunub.

Kitabın sonuncu fəsli isə bütövlükdə komparativistika ilə bağlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015