AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
“Qoşa qanad: VI Fizika və lirika konfransı”nın iştirakçıları YT Parkın istehsal prosesi ilə tanış olublar
İyl 15, 2019 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 66 dəfə

Azad Həmkarlar İttifaqı və N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) “Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib.

Konfransdan əvvəl qonaqlar Yüksək Texnologiyalar Parkı ilə yaxından tanış olublar. YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov bildirib ki, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli elmtutumlu istehsalın inkişafı, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması bu qurumun əsas məqsədlərindəndir.

İştirakçılar AMEA-nın təşəbbüsü ilə yaradılmış, beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş akademiya laboratoriyasında olublar. Onlara laboratoriyanın imkanları, burada göstərilən xidmətlər barədə ətraflı məlumat verilib.

Sonra qonaqlar hazır neft məhsulları və onların istehsal prosesi, hərbi və mülki təyinatlı dron və ya pilotsuz uçuş aparatları (PUA) ilə tanış olublar. YT Parkda həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti konfrans iştirakçılarının böyük marağına səbəb olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015