AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
“Qoşa qanad: VI Fizika və lirika konfransı” çərçivəsində sərgi təşkil olunub
İyl 15, 2019 | 11:37 / Konfranslar, iclaslar
Oxunub 64 dəfə

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) keçirilən “Qoşa qanad: VI Fizika və lirika konfransı” çərçivəsində Memarlıq və İncəsənət İnstitutu tərəfindən sərgi təşkil edilib.

Sərgidə AMEA əməkdaşlarının müxtəlif mövzularda illüstrasiyaları nümayiş olunub. Nümayiş olunan əsərlərin əksəriyyəti Memarlıq və İnşaat İnstitutunun əməkdaşları tərəfindən işlənib hazırlanıb. AMEA-nın vitse-prezidenti, akademik İsa HəbibbəyliMemarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və institutun bir qrup əməkdaşı sərgiyə baxıblar.

Sərgi iştirakçılarda böyük maraq oyadıb.

Qeyd edək ki, “Qoşa qanad: VI Fizika və lirika konfransı” AMEA-nın Azad Həmkarlar İttifaqı və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015