AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
AMEA-nın professoru Aynur Sabitova “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmuşdur
İyl 22, 2019 | 04:22 / Mühüm hadisələr
Oxunub 57 dəfə

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Dillər Universitetinin  Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya elmlər doktoru, professor, AMEA-nın professoru Aynur Zakir qızı Sabitova  “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmuşdur.

Qeyd edək ki, A.Sabitova Amerika və Azərbaycan ədəbiyyatlarında romantizm cərəyanlarının tipologiyasının, tarixinin araşdırılması istiqamətində tədqiqatlar aparmışdır.

Onun rəhbərliyi ilə indiyədək “Amerika romanının ilk addımları”, “Preromantizm və Amerika romantizmi”, “Amerika romantizmi: təşəkkülü, inkişafı və özəllikləri”, “Romantizm cərəyanının yaranmasını şərtləndirən tarixi şərait”, “Amerika inqilab dövrünün poeziyası”, “Amerika maarifçiliyi” və s. kimi aktual mövzularda tədqiqat işləri aparılıb.

Aynur Sabitova Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015