AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Məczub Təbrizinin anadilli divanı Təbrizdə çap olunub
İyl 10, 2019 | 04:00 / Yeni nəşrlər
Oxunub 87 dəfə

XVII əsrdə yaşamış Azərbaycan alimi və şairi Məczub Təbrizinin anadilli divanı Təbrizin "Qalan yurd" nəşriyyatında çapdan çıxıb.

Vəsaiti nəşrə hazırlayan AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovdur.

Əsər Leyden Universiteti Kitabxanası və Qahirə Milli Kitabxanasında saxlanan əlyazma nüsxələri əsasında hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015