AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Adlıq cümlələrdən adlara doğru” xatirələr kitabı nəşr olunmuşdur
İyl 02, 2019 | 03:59 / Yeni nəşrlər
Oxunub 31 dəfə

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi, Milli Məclisin Toponimika Komissiyasının daimi üzvü, professor Qara Məşədiyevin həyat və yaradıcılığına həsr olunmuş “Adlıq cümlələrdən adlara doğru” xatirələr kitabı çap olunub.

Nəşrə Qara Məşədiyevin 80 illik yubileyi ilə bağlı yazılmış məqalələr və alimin əsərlərinin siyahısı daxil edilib. Kitabın elmi məsləhətçisi akademik Möhsün Nağısoylu, tərtibçisi və redaktoru isə dosent Təhminə İsmayılovadır.

Qeyd edək ki, Qara Məşədiyev 2008-ci ildən Milli Məclisin Toponimika Komissiyasının daimi üzvüdür. O, 13 monoqrafiyanın, 150-dən çox elmi əsərin müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015