AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Azərbaycanda mətnşünaslıq elmini öyrənmək üçün yeni mənbə
İyl 02, 2019 | 09:42 / Yeni nəşrlər
Oxunub 28 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şəriflinin “Əsərləri”nin IV cildi nəşr olunub. Bu cildə üç kitab daxildir.

Nəşrin elmi redaktoru akademik Teymur Kərimlidir.

Birinci kitabda XIV əsr türk şairi Ümmi İsanın “Mehri və Vəfa” adlı məsnəvisi haqqında K.Şəriflinin araşdırması, məsnəvinin Əlyazmalar İnstitutunda saxlanılan iki əlyazma nüsxəsinin orijinal mətni, eləcə də latın əlifbasına transliterasiya edilən mətni təqdim olunur.

İkinci kitabda görkəmli Azərbaycan şairi və tarixçisi Mir Möhsün Nəvvabın ermənilərin əsasən Qarabağda, həmçinin Azərbaycanın digər bölgələrində törətdikləri qırğınlardan bəhs edən “1905-1906-cı illərdə erməni-müsəlman davası” əsəri yer alır.

Üçüncü kitaba isə XIII əsrdə yaşamış ensiklopedik biliyə malik Nəsirəddin Tusinin “Adabül-mütəəllimin” (“Tələbəlik mədəniyyəti”) risaləsinin Azərbaycan dilinə tərcümə olunan mətni və əsər haqqında məlumat daxildir. Əsərdə tələbələrin elmi biliklərə yiyələnməsinin düzgün yolları göstərilir. Əsəri ərəb dilindən tərcümə edən professor Kamandar Şəriflidir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015