AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA Rəyasət Heyətinin elmi katibi IV “Böyük Çöl” Beynəlxalq Humanitar Forumunda məruzə ilə çıxış edib
İyl 01, 2019 | 10:49 / Konfranslar, iclaslar
Oxunub 110 dəfə

Beynəlxalq Türk Akademiyası (BTA) tərəfindən Qazaxıstanın paytaxtı Nur-Sultanda təşkil olunan IV “Böyük Çöl” Beynəlxalq Humanitar Forumu keçirilib.

Tədbirdə Azərbaycanı Milli Məclisin deputatları, diplomatlar, elm xadimləri və jurnalistlərdən ibarət geniş nümayəndə heyəti təmsil edib.

Forumun açılış panelində Qazaxıstan Təhsil və Elm naziri Aşat Aytmaqambetov, Monqolustanın ilk Prezidenti Oçirbat Puntsalmaagiyin, Qırğızıstan parlamentinin ilk sədri Medetxan Şerimkulov, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov və UNESKO Türkiyə Milli Komissiyasının rəhbəri Oğuz Öcal çıxış edərək tədbirin önəmindən danışıblar.

Forumda AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov “Böyük Azərbaycan şairi Səməd Vurğun və qazax ədəbiyyatı” mövzusunda məruzə ilə çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015