AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilmişdir
İyn 28, 2019 | 05:30 / Konfranslar, iclaslar
Oxunub 108 dəfə

AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilmişdir. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, bölmənin akademik-katibi, akademik Teymur Kərimli, bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və aidiyyatı üzrə əməkdaşlar iştirak etmişlər.

Akademik İsa Həbibbəyli yığıncağı giriş sözü ilə açaraq tədbirin bölmə üzrə "AMEA-nın professoru" elmi adını almaq üçün seçkiyə həsr olunduğunu bildirmişdir.

Sonra çıxış edən akademik Teymur Kərimli AMEA Rəyasət Heyətinin 3 aprel 2019-cu il tarixli "AMEA-nın professoru" elmi adını almaq üçün növbəti müsabiqənin keçirilməsi haqqında" qərarını xatırladaraq, müsabiqədə iştirak edən namizədlərin müəyyənləşdirilməsi məqsədilə bölmə üzvlərindən ibarət müvafiq ekspert qrupunun yaradıldığını vurğulamışdır.

Tədbirdə ekspert komissiyası və hesablayıcı komissiya təyin edildikdən sonra bölmə üzrə müxbir və həqiqi üzvlərin iştirakı ilə gizli səsvermə keçirilmişdir. Nəticələrə görə, filologiya elmləri doktorları - Salidə Şərifova, Sevinc Əliyeva və Səhər Orucova seçkidə qalib gəlmiş və  bölmə seçkinin nəticələrini təsdiqləyərək  Rəyasət Heyətinə təqdim olunmasını qərara almışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015