AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Məhtimqulu Fəraqi və Azərbaycan” kitabı çapdan çıxmışdır
İyn 28, 2019 | 10:38 / Yeni nəşrlər
Oxunub 1010 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Məhtimqulu Fəraqi və Azərbaycan” kitabı nəşr edilmişdir.

Kitabda ümumtürk klassik ədəbiyyatının görkəmli nümayəndəsi, türkmən xalqının mütəfəkkir şairi Məhtimqulu Fəraqinin Azərbaycanla bağlılığı, onun ədəbi irsinin ölkəmizdə nəşri və tədqiqi məsələlərindən bəhs edilir.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru Almaz Ülvi, rəyçisi filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli, məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır.

284 səhifəlik kitab “Ön söz”, yeddi bölüm, nəticə və Azərbaycan, türkmən, türk, rus dillərində ədəbiyyat siyahısından ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015