AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Azərbaycanlı alimlər “İvo Andriç” medalı ilə təltif olunublar
İyn 20, 2019 | 03:58 / Mühüm hadisələr
Oxunub 133 dəfə

İyunun 19-da Serbiya Kral Akademiyasının təşkilatçılığı ilə Belqrad Universitetində Nəsiminin 650 illik yubileyi münasibətilə elmi simpozium təşkil olunub. Simpoziumda Serbiya Kral Akademiyasının 2019-cu il 20 fevral tarixli qərarı ilə təsis olunmuş “Nəsimi 650 il” yubiley və “İvo Andriç” medalları təqdim edilib.

Serbiya-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyev,  Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist Əlövsət Ağalarov, Azərbaycan Yazıçılar Birliyinin Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri Səlim Babullaoğlu, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, fil.ü.e.d. Paşa Kərimov, Milli Məclisin deputatı Cavanşir Feyziyev və Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Serb Dili və Mədəniyyəti Mərkəzinin direktoru, dosent Lalə Məcidova “İvo Andriç” medalı ilə təltif olunublar.

Eyni zamanda, Belqrad Universitetinin Filologiya fakültəsinin dekanı Lilyana Markoviç, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Zoran Sam, parlamentin Serbiya-Azərbaycan Dostluq Qrupunun sədri Katarina Rakiç, Serbiya Milli Operasının aparıcı solisti Yasmina Trumbetaş, “Smederevo Poeziya Payızı” festivalının təşkilat komitəsinin üzvü Vera Xorvat, Serbiya Respublikası Prezidentinin xarici məsələlər üzrə müşaviri Tanya Yoviç və Yuqoslaviyanın Türkiyə, eyni zamanda, Azərbaycandakı keçmiş səfiri olmuş yazıçı Darko Tanaskoviç Azərbaycan tarixinin və mədəniyyətinin Serbiyada təbliğindəki əvəzsiz xidmətlərinə görə “Nəsimi 650 il” yubiley medalı ilə təltif ediliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015