AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Satirik şair Mirhəsən Münsifin əsərləri nəşr olunmuşdur
İyn 19, 2019 | 12:41 / Yeni nəşrlər
Oxunub 907 dəfə

Satirik şair Mirhəsən Münsifin “Tuti”namə kitabı nəşr olunmuşdur.

XX əsrin əvvəllərində Bakı ədəbi mühitinin tanınmış qəzəlxanı və satirik şairi olmuş Mirhəsən Münsifin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda yeddi dəftər avtoqrafı saxlanılır.

Dəftərlərin birində “Tuti” adı altında 100-dən çox şeir var. Mirhəsən Münsifin bu şeirləri 1914-cü ilin sonlarında Bakıda nəşrə başlayan “Tuti” satirik məcmuəsində 1915-1917-ci illər ərzində mütəmadi çap olunmuşdur. Şair öz əsərlərini “Münsif”, “Məxfi”, “Qəmiş”, “Sırtıq” və “Əfi” imzaları ilə nəşr etdirib.

Kitabı nəşrə hazırlayan və “Ön söz”ün müəllifi Əlyazmalar İnstitutunun əməkdaşı Sona Xəyaldır. Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Aytac Zeynalova, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və Qutiyera Cəfərovadır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015