AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
AMEA Hüseyn Cavidin Ev Muzeyində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir
İyn 19, 2019 | 11:55 / Konfranslar, iclaslar
Oxunub 109 dəfə

14 iyun 2019-cu il tarixində AMEA Hüseyn Cavidin Ev Muzeyinin Gənc alim və mütəxəssislər şurası 15 İyun – Milli Qurtuluş günü münasibətilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı bildirmişdir ki, 1993-cü il iyunun 15-də Heydər Əliyevin siyasi hakimiyyətə yenidən qayıdışı Milli Qurtuluşumuzun bünövrəsini qoymuşdur.

Heydər Əliyev siyasi kursu boyunca digər sahələrlə yanaşı, ədəbiyyat məsələlərinə də xüsusi diqqət yetirmiş, ustad sənətkarların yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, təbliği, dünya miqyasında tanıdılması, müasir ədəbi prosesin inkişafı üçün hər cür şərait yaradılması istiqamətində son dərəcə böyük işlər görmüş, nəhəng tədbirlər həyata keçirmişdir.

Xalqımızın bir çox klassik sənətkarı kimi Hüseyn Cavid irsinin və sənətkar şəxsiyyətinin də əsl qiymətini, müstəsna dəyər və lazımlığını Azərbaycan xalqının XX əsrdə yetirdiyi daha bir dahi oğlu, ümummilli liderimiz, sözün-sənətin böyük bilicisi və hamisi Heydər Əliyev müəyyən etmişdir. Heydər Əliyev Hüseyn Cavidin son yadigarı qızı Turan Cavidə daima doğma qardaş münasibəti göstərmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə şairin Ev Muzeyi yaradılaraq fəaliyyətə başlamış, doğma vətəni Naxçıvanda möhtəşəm məqbərəsi ucaldılaraq Cavidin ruhuna bir töhfə kimi ərmağan edilmişdir.

Heydər Əliyev ideyalarının və işlərinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər sahədə olduğu kimi Cavid irsinin nəşri, təbliği və öyrənilməsi sahəsində də ümummilli liderimizin başladığı qədirşünaslıq fəaliyyətini davam və inkişaf etdirir. Bu baxımdan Hüseyn Cavidin 125, 130 və 135 illik yubileylərinin yüksək dövlət səviyyəsində keçirilməsi haqqında ölkə Prezidentinin imzaladığı sərəncamlar ədəbi-mədəni irsimizin, o sıradan Hüseyn Cavid yaradıcılığının ən ali dairələrdə necə yüksək qiymətləndirilməsi haqqında əyani təsəvvür oyadır.

Tədbir zamanı Hüseyn Cavid irsinə Heydər Əliyevin misilsiz qayğısını özündə əks etdirən fotoşəkillərdən, kitablardan və disklərdən ibarət sərgi nümayiş olunmuşdur.

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015