AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxmışdır
İyn 14, 2019 | 11:28 / Yeni nəşrlər
Oxunub 911 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxmışdır.

Qəzetin birinci səhifəsindəki “Ölkələr arasında münasibətlərin dərinləşməsinə töhfə” sərlövhəli məqalədə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin Çin Xalq Respublikasına səfəri, Çin Sosial Elmlər Akademiyasının prezidenti Sie Fucan ilə görüşü və Pekində keçirilən “Asiya sivilizasiyaları dialoqu” beynəlxalq konfransında dəvətli məruzəçi kimi çıxışı barədə məlumat verilmişdir.

Qəzetdə  Humanitar Elmlər Bölməsi ilə bağlı "Arif Məlikovun xatirəsi əbədiləşdiriləcək",  "Humanitar Elmlər Bölməsinin növbəti büro iclası", "Nurlu şəxsiyyət", "Beynəlxalq Rəsul Rza mükafatı", "Birgə tədqiqatlar aparılacaq", "Oğuznamə dastanları" kimi məqalələr yer almışdır.

Qəzetdə həmçinin  “Milli maraqlara xidmət edən kitabxana”, “Ölməz sənətin elmi abidəsi”, “Nüfuzlu jurnallara elmi məqalə hazırlamağın yolları”, “Şərəfli həyat yolu keçmiş alim”, “Aristotel fəlsəfəsinin interpretasiyası”, "Elmin inkişafına dəyərli töhfələr vermiş akademik" kimi bir sıra məqalələr də yer almışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015