AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Baba ocağı” “Kanlı taş” adı ilə nəşr olunmuşdur.
İyn 10, 2019 | 02:00 / Yeni nəşrlər
Oxunub 893 dəfə

ONN media xəbər verir ki, bu günlərdə Nizami Muradoğlunun “Baba ocağı” romanı Türkiyənin Alanya şəhərində “Baygenç Yayıncılık” tərəfindən “Kanlı taş” adı ilə nəşr olunub.

Baygenç Yayıncılık və Akademi Kitab evi tərəfindən Alanyaya dəvət olunan yazıçı ilə şəhərin müxtəlif təşkilatlarında oxucuların görüşü keçirilib. “Türk ocaqları” Alanya şəhər mərkəzi, Oba Nazmi Yılmaz Anadolu Lisesi, Şehit Abdullah Ümit Sercan Anadolu Lisesi, Mahmutlar Şükrü Kaptanoğlu Anadolu Lisesi, Arikan Yılmaz Dim Ticaret Lisesi və Akademi kitab evində müəllif oxuculara Azərbaycana erməni təcavüzü və kitab haqqında məlumat verib.

Alınmış kitablar müəllif tərəfindən imzalanıb.

onn.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015