AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Azərbaycanda mətnşünaslıq elmini öyrənmək üçün yeni mənbə
May 31, 2019 | 10:00 / Yeni nəşrlər
Oxunub 956 dəfə

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şəriflinin “Əsərləri”nin III cildi nəşr olunub.

Nəşrə müəllifin müxtəlif jurnal və konfrans materiallarında dərc olunmuş məqalələri daxildir. Kitabın “Görkəmli şəxsiyyətlər” başlıqlı birinci hissəsində IX-XX əsrlərdə yaşayan Azərbaycan alimlərinin, şairlərinin həyat və yaradıcılıqları barədə məlumat verilir.

“Mətnşünaslıq”, “Tərcümələr”, “Kitabxanalar” və “Müxtəlif mövzularda” adlı digər dörd hissədə mətnşünaslıq elminin təşəkkülü və inkişafı, bir sıra məşhur yazılı abidələrin tərcümələri üzərində araşdırmalar, bəzi Şərq ölkələrinin kitabxanalarında saxlanılan Azərbaycan əlyazmaları, məhəbbət dastanlarında multikultural dəyərlər və s. haqqında bəhs olunur.

Nəşrin elmi redaktoru Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015