AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Türk dillərinin müqayisəli morfologiya”sı kitabı işıq üzü görüb
May 29, 2019 | 11:51 / Yeni nəşrlər
Oxunub 900 dəfə

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımovun “Türk dillərinin müqayisəli morfologiya”sı kitabı çapdan çıxıb.

Nəşrin redaktoru, professor İsmayıl Məmmədli, rəyçiləri, professorlar - Mehman Musayev və Fikrət Xalıqovdur.

Əsərdə müasir türk dillərinin quruluşu müqayisə edilib, sözlər və qrammatik kateqoriyalar arasında olan ümumi və fərqli cəhətlər müəyyənləşdirilib. Kitabda ənənəvi morfologiyadan fərqli olaraq funksional-semantik kateqoriyaların da şərhinə yer verilib.

Vəsait ali təhsil müəssisələrinin müəllim və tələbələri, magistrantlar, doktorantlar, elmi işçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015