AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Akademik İsa Həbibbəyliyə Beynəlxalq Rəsul Rza Mükafatı təqdim olunmuşdur.
May 22, 2019 | 10:34 / Mühüm hadisələr
Oxunub 54 dəfə

Azərbaycan Yazıçılar Birliyində (AYB) Beynəlxalq Rəsul Rza Mükafatı laureatlara təqdim olunmuşdur.

Hər il Xalq şairi Rəsul Rzanın doğum günü ərəfəsində təqdim olunan bu mükafat Beynəlxalq Rəsul Rza Fondu tərəfindən təsis edilmişdir.

İlk mükafat AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə təqdim olunmuşdur. Həmçinin Xalq rəssamı Arif Hüseynov, professor Rüstəm Kamal, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, şair Rəşad Məcid, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, AYB Qarabağ Bölməsinin sədri, professor Ənvər Əhməd, şairlər Maşallah Məftun, Tahir Taisoğlu və Etibar Vəliyev də Beynəlxalq Rəsul Rza Mükafatına layiq görülmüşlər.

Laureatlar Azərbaycan poeziyasının görkəmli siması Rəsul Rza yaradıcılığı haqqında fikirlərini bölüşüb, mükafatın onlar üçün dəyərli olduğunu vurğulamışlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015