AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnallarının yeni nömrələri nəşr olunub
May 21, 2019 | 11:18 / Yeni nəşrlər
Oxunub 254 dəfə

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə “Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnallarının növbəti nömrələri çapdan çıxıb.

“Əlyazmalar yanmır” elmi məqalələr toplusunun bu nömrəsində “Mətnşünaslıq”, “Ədəbiyyatşünaslıq”, “Mənbəşünaslıq”, “Tarixşünaslıq”, “Kitabşünaslıq”, “Dilçilik”, “Keçmişdən gələn səslər” və “Yubileylər” rubrikaları yer alır. Bu nömrədə filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovun, filologiya üzrə elmlər doktoru Kamandar Şərifovun, o cümələdən bir çox tədqiqatçıların məqalələri dərc olunub.

“Elmi əsərlər”in bu nömrəsində yer alan məqalələr isə ədəbiyyatşünaslıq, mətnşünaslıq, mənbəşünaslıq, folklorşünaslıq, kitabxanaşünaslıq, kitabşünaslıq və biblioqrafiyaşünaslıq sahələrini əhatə edir. Mövzular üzrə yerli, o cümlədən Rusiya, Belarus, Özbəkistan və Ukraynadan olan tədqiqatçıların araşdırmaları bu nömrədə təqdim olunur. 

Xatırladaq ki, hər iki jurnal Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxildir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015