AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Akademik Teymur Kərimli Bişkekdə Beynəlxalq konfransda iştirak edir
May 17, 2019 | 12:30 / Konfranslar, iclaslar
Oxunub 483 dəfə

Mayın 16-da Bişkekdə Qırğızıstan Prezidentinin Şəhərkənarı Konfrans Mərkəzində “Rəqəmsal əsrdə kitab və mütaliə” mövzusunda Beynəlxalq Konfransın Plenar İclasının açılışı olub. 

Konfransda ölkəmizi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov təmsil edib. 
Tədbirdə Teymur Kərimli geniş məruzə ilə çıxış edib. 
Beynəlxalq konfransa Azərbaycanla yanaşı, Rusiya, Belorus, Moldova, Özbəkistan, Tacikistan, Qazaxıstan və digər ölkələrin kitabxanalarından nümayəndələr qatılıb. 
Mayın 18-dək davam edəcək beynəlxalq konfrans çərçivəsində bir sıra tədbirlər – Alıkul Osmanov adına Qırğızıstan Milli Kitabxanasının yaranmasının 85 illik yubileyi, Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XXII Ümumi iclası, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş dəyirmi masa və Qırğızıstan Kitabxana İşçilərinin XI Forumu keçiriləcək. 

Tədbirlər Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin və MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi, A.Osmanov adına Qırğızıstan Respublikası Milli Kitabxanası, UNESCO-nun Rusiya Komitəsi Proqramının “İnformasiya hamı üçün” Kitabxana Əməkdaşlığı Regionlararası Mərkəzi, Qırğızıstan Respublikası Kütləvi Kitabxanaları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015