AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Amerikalı tədqiqatçı Folklor İnstitutunun qonağı olmuşdur
May 15, 2019 | 05:13 / Görüşlər
Oxunub 127 dəfə

Mayın 15-i ABŞ-ın Koastal Karolina Universitetinin Tomas V. və Robin V.Edvards adına Humanitar və İncəsənət kollecinin dosenti Anna Oldfild AMEA-nın Folklor İnstitutunda olmuşdur.

Qonağı salamlayan institutun direktoru, akademik Muxtar İmanov Azərbaycan-Amerika folklor əlaqələrindən bəhs etmiş, institutda bu istiqamətdə aparılan tədqiqatlarla bağlı məlumat vermişdir.

Anna Oldfild artıq beşinci dəfədir Azərbaycana gəldiyini, ölkəmizin tarixi, ədəbiyyatı, folkloru, musiqisi ilə dərindən maraqlandığını bildirmişdir. O, xüsusən dastanşünaslıq və aşıq sənətinə böyük maraq göstərdiyini vurğulamışdır.

Görüşdə iki qurum arasında elmi əlaqələrin qurulmasının zəruriliyi qeyd edilmişdir.

Sonda qonağa institutun nəşrləri təqdim olunmuşdur.

Görüşdə institutun Xarici əlaqələr sektorunun müdiri Əli Şamil və fil.ü.f.d., dos. Sönməz Abbaslı da iştirak etmişlər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015