AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Azərbaycan-Hindistan ədəbi əlaqələri yeni mərhələdə
May 13, 2019 | 02:50 / Görüşlər
Oxunub 11 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində Hindistanın Cəvahirləl Nehru Universitetinin türk dili və ədəbiyyatı kafedrasının müdiri Kous Maşkur Xan ilə görüş keçirilmişdir.

Görüşdə professor Bədirxan Əhmədov rəhbərlik etdiyi şöbənin fəaliyyəti, perspektivləri barədə məlumat verib. O, iki ölkə ədəbiyyatının tarixi köklərinə əsaslanaraq bu ədəbi əlaqələrin gələcəkdə genişlənməsinin faydalı olacağını qeyd etmişdir.

Şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Qurbanova yenicə fəaliyyətə başlayan Hindistan mərkəzindən və burada hind dilinin tədrisinin əhəmiyyətindən danışıb. Tədqiqatçı araşdırdığı “Azərbaycan-Hindistan ədəbi əlaqələri” elmlər doktorluğu dissertasiyasının iki ölkə ədəbiyyatına töhfə olacağını bildirmişdir.

Görüşdə məruzə ilə çıxış edən professor Kous Maşkur Xan Azərbaycan və Hindistan ədəbiyyatı, mədəniyyəti və adət-ənənələrinin oxşar və fərqli cəhətlərindən söz açmışdır. O qeyd edib ki, əlaqələrin daha da genişlənməsi üçün alim və tədqiqatçıların mübadiləsi zəruridir. Kous Maşkur Xan Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin 2019-cu ilin mart ayında Hindistana səfəri zamanı Cəvahirləl Nehru Universitetinin rektoru ilə razılığa gəldiyi tədqiqatçı mübadiləsinin təşkilinə köməklik göstərəcəyini vurğulamışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015