AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Professor Kamandar Şəriflinin “Əsərləri”nin II cildi nəşr olunub
May 14, 2019 | 01:34 / Yeni nəşrlər
Oxunub 135 dəfə

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şəriflinin “Əsərləri”nin II cildi nəşr olunub.

Kitaba iki tədqiqat işi daxildir. Bunlardan biri müəllifin “Mətnşünaslığın əsasları” monoqrafiyasıdır. Monoqrafiyada Əlyazmalar İnstitutunda mühafizə olunan çoxsaylı türkdilli, farsdilli və ərəbdilli yazılı abidələr əsasında Azərbaycanda mətnşünaslıq elminin yaranması və inkişaf yolları araşdırılır.

Kitaba daxil olan ikinci araşdırma XIX əsrin görkəmli Azərbaycan maarifçisi Əbdülqəni Nuxəvi Xalisəqarızadənin “Farsi təkəllüm risaləsi” (“Farsca danışıq kitabı”) əsəridir. Kamandar Şərifli araşdırmasında qeyd edir ki, bu əsər təkcə iki nəfər arasında gedən sual-cavabdan ibarət deyil, eyni zamanda, Azərbaycan mədəniyyəti tarixini öyrənmək baxımından dəyərli bir əsərdir.

“Farsi təkəllüm risaləsi”nin ərəb qrafikası ilə tam mətni də kitaba daxil edilib.

Nəşrin elmi redaktoru akademik Teymur Kərimlidir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015