AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ərəbdilli əlyazmalar kataloqunun IV cildi çapdan çıxıb
May 06, 2019 | 10:11 / Yeni nəşrlər
Oxunub 242 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan ərəbdilli yazılı abidələrin kataloqunun IV cildi rus dilində çapdan çıxıb.

Kataloqa XIV-XX əsrlərdə şərq ölkələrində köçürülmüş 590 əlyazmanın təsviri daxildir. Əlyazmalar elmin müxtəlif sahələrini – qrammatika, ədəbiyyatşünaslıq, fiqh, tarix, poetika, fəlsəfə və astronomiyanı əhatə edir.

Nəşrin tərtibçisi filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifov, elmi redaktoru akademik Teymur Kərimlidir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015