AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Elmlə təhsilin inteqrasiyası çərçivəsində Hüseyn Cavid irsinin təbliği davam edir
Apr 29, 2019 | 10:08 / Konfranslar, iclaslar
Oxunub 154 dəfə

AMEA Hüseyn Cavidin Ev Muzeyində Bakı Avropa Liseyinin şagirdləri üçün “Hüseyn Cavid yaradıcılığının tədris məsələləri” mövzusunda açıq dərs keçirilib.

Elmlə təhsilin inteqrasiyası çərçivəsində baş tutan tədbir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavid irsinin təbliğinə həsr olunub.

Dərs zamanı şagirdlərə muzeydə sərgilənən eksponatlarla bağlı, eləcə də Hüseyn Cavidin həyat və yaradıcılığı, Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan ədibin ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran mənzum faciələri və tarixi dramları, o cümlədən Cavidlər ailəsi haqqında məlumat verilib.

Bundan əlavə, qonaqlara muzeyin nəşrlərindən də danışılıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015