AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Əli Nəzmi arxivinin təsviri” kitabı nəşr olunub
Apr 30, 2019 | 04:15 / Yeni nəşrlər
Oxunub 276 dəfə

“Əli Nəzmi arxivinin təsviri” kitabı çapdan çıxıb.

XX əsrin görkəmli Azərbaycan şairi, “Molla Nəsrəddin” ədəbi məktəbinin fəal nümayəndəsi olan Əli Nəzminin Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan 109 saxlama vahidindən ibarət arxiv materialları sistemli şəkildə kitabda təsvir olunub.

Kitabda Ə.Nəzminin arxivinə aid olan materiallar – mənzum əsərləri, pyesləri, tərcümeyi-hal və xatirələri, şəxsiyyətinə dair sənədlər, ona yazılmış məktublar, eləcə də müxtəlif sənədlər barədə məlumat verilir. Arxivin təsviri zamanı əlyazmaların, həmçinin sənədlərin dili və üslubu olduğu kimi saxlanılıb.

Kitabı tərtib edənlər Əlyazmalar İnstitutunun əməkdaşları Könül Bağırova və Aytən İmanovadır. Nəşrin redaktoru və “Ön söz”ün müəllifi filologiya üzrə elmlər doktoru Nailə Səmədovadır.

Yeni nəşr Əli Nəzmi irsinin tədqiqatçıları üçün dəyərli məlumat mənbəyidir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015