AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Nizami Cəfərov fenomeni - Vasim Məmmədəliyev yazır
Apr 29, 2019 | 01:55 / Müsahibələr, çıxışlar
Oxunub 136 dəfə

Vasim MƏMMƏDƏLİYEV 
akademik 

Bu gün Azərbaycan elmi-ədəbi mühitində ciddi bir fenomen - akademik Nizami Cəfərov fenomeni mövcuddur. 

Nizami Cəfərov görkəmli dilçi alim, tələbkar tənqidçi və tanınmış ədəbiyyatşünas kimi respublikamızdakı ədəbi prosesə doğru istiqamət verən fikir sahiblərindən biridir. Bu gün türkologiya və azərbaycanşünaslıqda elə bir mübahisəli məsələ yoxdur ki, Nizami Cəfərov bu barədə tutarlı fikir söyləməmiş olsun.

Nizami Cəfərov gənclərin dostu, müəllimidir. Gənclik onu, o da gəncliyi çox sevir. Bütün bu yüksək keyfiyyətlər onun fenomen səviyyəsinə ucalmasına zəmin yaratmışdır. Nizami Cəfərov həm də mahir pedaqoq, səriştəli müəllim, maraqlı həmsöhbətdir. Onun şirin söhbətlərindən, duzlu-məzəli zarafatlarından doymaq olmur.

Nizami Cəfərovun rəhbərlik etdiyi Atatürk Araşdırmalar Mərkəzi çağdaş Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün irsini öyrənmək və təbliğ etməklə məşğuldur. Nizami müəllim bu nəcib işin öhdəsindən də ləyaqətlə gəlir.

Biz Nizami müəllimi sevən, ona dərin hörmət bəsləyən həmkarları olaraq, qələm dostumuzu anadan olmasının altımış illiyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

525.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015