AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Cəfər Cabbarlının sənət idealları və müasir dövr” mövzusunda elmi sessiya keçiriləcək
Apr 23, 2019 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 218 dəfə

25 aprel 2019-cu il tarixində, saat 15:00-da AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında AMEA-nın Humanitar Elmlər Bölməsi təşkilatçılığı ilə  Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük Azərbaycan dramaturqu, şair və nasiri, teatrşünas, kinoşünas, Əməkdar İncəsənət Xadimi olan Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunmuş "Cəfər Cabbarlının sənət idealları və müasir dövr" mövzusunda elmi sessiyaya keçiriləcəkdir.

Tədbir Prezident İlham Əliyevin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” 17 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən təşkil olunacaqdır.

Elmi sessiyada Cəfər Cabbarlının sənəti, Azərbaycan teatrındakı rolu, yaradıcılığında dövrünün sosial-mədəni refleksləri, eləcə də Cəfər Cabbarlı arxivində ədəbi məktublar mövzusunda məruzələr dinləniləcəkdir.

 Ünvan: Bakı şəh., Hüseyn Cavid  prospekti, 115

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

 
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015