AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Nəsiminin dili və Azərbaycan şivələri” adlı monoqrafiya Almaniyada çapdan çıxıb
Apr 19, 2019 | 01:23 / Yeni nəşrlər
Oxunub 258 dəfə

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdsiyyə Qəmbərovanın “Nəsiminin dili və Azərbaycan şivələri” adlı monoqrafiyası Almaniyada çapdan çıxıb.

Monoqrafiya dahi Azərbaycan şairi İmadəddin Nəsiminin poetik dilinin tədqiqinə həsr olunub. Nəşrdə Nəsiminin əsərlərindən seçilmiş fonetik, morfoloji və leksik dialektizmlər tarixi-müqayisəli və dialektoloji aspektdə tədqiq olunur.

Tarixi-linqvistik faktların tədqiqi göstərir ki, Nəsiminin dilində özünü göstərən dialekt faktlarının bir hissəsi xalq dilinin əsasında dayanmış tayfa dil elementləri ilə, digəri isə məhəlli xüsusiyyətlərin müəyyənləşməsi ilə əlaqədardır.

Əsərdən belə nəticəyə gəlmək olur ki, XIV-XV əsr Azərbaycan ədəbi dilinin  əsasını İ. Nəsiminin mənsub olduğu Şərq qrupu dialekt və şivələri təşkil edir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015