AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Molla Cümənin gürcü əlifbası ilə köçürülmüş şeirlər toplusu aşkar edilib
Apr 19, 2019 | 10:00 / Mühüm hadisələr
Oxunub 90 dəfə

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu görkəmli Azərbaycan aşığı və şairi Molla Cümənin gürcü əlifbası ilə köçürülmüş şeirlər toplusunun əlyazmasını əldə edib.

Əlyazmalar İnstitutunun əyani doktorantı Novruz Bəkirov Qax rayonunun Meşəbaş kəndindən əlyazmanı əldə edərək instituta təqdim edib.

İnstitutun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov bildirib ki, 38 şeirdən ibarət bu topludakı 8 şeirə şairin indiyədək nəşr olunmuş kitablarında rast gəlinmir. Bu şeirləri Molla Cümənin şagirdi, gürcü aşığı Konstantin Muradxanaşvili şairin dilindən eşidərək qələmə alıb. Molla Cümə XIX əsrin II yarısı-XX əsrin əvvəllərində Azərbaycanın şimal-qərb bölgəsindəki aşıqların, eləcə də gürcü aşıqlarının yaradıcılığına güclü təsir edib. Bu əlyazma gürcü aşıqlarının Molla Cümənin şeirlərini Azərbaycan dilində ifa etdiklərini və Azərbaycan-gürcü ədəbi əlaqələrinin möhkəmlənməsində Molla Cümənin mühüm rol oynadığını göstərmək üçün dəyərli mənbədir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015