AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
"Kitab klubu" filologiya elmləri doktoru Paşa Kərimov ilə
Mart 18, 2019 | 09:34 /
Oxunub 90 dəfə

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov və AMEA-nın müxbir üzvü Könül Bünyadzadə AZTV-nin efirində yayımlanan "Kitab klubu" verilişinin qonağı olublar. Verilişin bu dəfəki buraxılışı dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub. 

Paşa Kərimov bildirib ki, Nəsimin şeirləri ilk dəfə İstanbulda 1844-cü ildə nəşr etdirilib. Azərbaycanda isə Nəsiminin şeirlər toplusu ilk dəfə 1926-cı ildə çapdan çıxıb. Alim həm də qeyd edib ki, Azərbaycan ədəbi dilinin təbliği Nəsimi ilə başlayıb və onun sayəsində Şərqin digər dilləri ilə rəqabət apara biləcək səviyyəyə çatıb. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015