AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
ADU-nun “SABAH” qruplarının tələbələri üçün AMEA Hüseyn Cavidin Ev Muzeyində interaktiv dərs keçirilib
Apr 05, 2019 | 03:15 / Maraqlı məlumatlar
Oxunub 1556 dəfə

AMEA Hüseyn Cavidin Ev Muzeyində elmlə təhsilin inteqrasiyası çərçivəsində tədbirlər davam edir. Bu istiqamətdə Muzeydə növbəti interaktiv dərs Azərbaycan Dillər Universitetinin SABAH qruplarının müəllimi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovun “Azərbaycan ədəbiyyatı” fənni çərçivəsində “SABAH” qruplarının tələbələri üçün təşkil edilib. Muzeyin əməkdaşları tələbələrə dahi filosof-şair Hüseyn Cavidin həyat yolu, sənətkarın ailə üzvlərinin taleyi və ədibin əbədiyaşar zəngin yaradıcılığı haqqında geniş məlumat veriblər. Dahi şairin yaşadığı dövr, həyatı, yaradıcılığı və muzeyin zəngin eksponatları haqqında tələbələri maraqlandıran suallar cavablandırılıb, tələbələr Cavid əfəndinin şeirlərindən parçalar səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015