AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı AZTV-yə müsahibə verib
Apr 05, 2019 | 03:00 / Müsahibələr, çıxışlar
Oxunub 182 dəfə

AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru fil.ü.e.d., əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı Azərbaycan Dövlət Televiziyasının “Səhər” musiqi-informasiya proqramının “Muzeylər” rubrikasının çəkiliş qrupuna müsahibə vermişdir. İlk öncə G.Babaxanlıdan müsahibə alan çəkiliş qrupu daha sonra muzeyin ekspozisiyasını lentə almışlar. G.Babaxanlı müsahibəsində muzeyin yaranma tarixi, fəaliyyət istiqamətləri, strukturu, həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişdir. G.Babaxanlı onu da qeyd etmişdir ki, muzeyin ekspozisiyasında 1000-ə qədər eksponat sərgilənir, vaxtaşırı yenilənir və zənginləşdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

 
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015