AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Bu gün Azərbaycanda "Elm günü"dür
Mart 27, 2019 | 08:07 / Mühüm hadisələr
Oxunub 110 dəfə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında "Elm günü" təsis edilib. Həmin Sərəncamla hər il 27 mart tarixində bu əlamətdar günün qeyd edilməsi qərara alınıb.

Bu gün ölkədə ilk dəfə olaraq qeyd olunan Elm gününün yüksək səviyyədə keçirilməsi məqsədilə qəbul edilən Tədbirlər Planına əsasən, AMEA-nın elmi müəssisə və təşkilatlarında, regional bölmələrində və regional elmi mərkəzlərində silsilə tədbirlər həyata keçiriləcək. Müasir dövrün aktual elmi problemlərinə həsr edilmiş konfrans, seminar və mühazirələr, “dəyirmi masa”, “açıq qapı” günləri, sərgilər, o cümlədən tələbə və şagirdlərin alimlərlə görüşləri təşkil olunacağı gözlənilir.

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015