AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
Akademik Rafael Hüseynov: "Nəsimi bir günəş kimi parlayıb və onun işığı bütün Azərbaycan boyu, bütün dünya boyu doğulduğu zamandan yayılıb"
Fev 19, 2019 | 11:27 / Müsahibələr, çıxışlar
Oxunub 98 dəfə

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov AZTV-nin “Səhər” musiqili-informasiya proqramının qonağı olub. Verilişdə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin yaradıcılığı haqqında ətraflı müzakirələr aparılıb, tamaşaçılara maraqlı məlumatlar verilib. 

Akademik Rafael Hüseynov çıxışının əvvəlində söyləyib ki, "Nəsimi ili"ni yaşayırıq və hər yeni gün əslində Nəsiminin doğum günü deməkdir. O, vurğulayıb ki, Nəsimi Azərbaycan ədəbiyyatının ən müstəsna yaradıcılarından biridir. 

Verilişin sonunda Əməkdar artist Almaz Orucovanın ifasında Rafael Hüseynovun müəllifi olduğu "Zəfər yürüşü" şeirinin sözlərinə yazılmış mahnı da tamaşaçılara təqdim olunub. 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015