AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Əbu Əli ibn Sinaya həsr edilmiş əsərin surəti Azərbaycana gətirilib
Yan 07, 2019 | 12:20 / Mühüm hadisələr
Oxunub 79 dəfə

M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Məşhədin Astane-Qüdse-Rəzəvi kitabxanasından Orta Asiyanın böyük alimi Əbu Əli ibn Sinaya həsr edilmiş “Qisseyi-Əbu Əli Sina” adlı əsərin surətini əldə edib.

Azərbaycan turkcəsində yazılmış bu əsər Osmanlı imperatoru II Səlimin oğlu, 21 il hakimiyyətdə olmuş III Murada (1574-1595) hədiyyə edilib.

99 vərəqdən ibarət, əsas hissəsi nəsrlə, əvvəli və sonu nəzmlə yazılmış əsərdə İbn Sina barədə tarixi faktlarla yanaşı, rəvayətlər də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015